"Paşinyan istefa verməlidir" - Samvel Karapetyan

Rusiyalı məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanı təcili olaraq istefa verməyə çağırıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bunu dekabrın 4-də ermənilərə müraciətində bildirib.

Onun sözlərinə görə, baş nazirin təcili olaraq istefa verməsi, keçid hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir. O, ermənilərin faciə yaşadıqlarını da vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar