Ermənilər Rusiya və İsraili də düşmən sayırlar

Ermənistanda keçirilən rəy sorğusunun nəticələrinə görə ermənilər Türkiyə və Azərbaycanı düşmən sayırlar.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin direktoru Aram Navasardyan dekabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Ermənistanın təhlükəsizliyini hansı ölkədən təhdid edir” sualını respondentlər belə cavablandırıb: “Türkiyə 86,5 faiz, Azərbaycan 70,9 faiz, Rusiya 11,7 faiz, İsrail 10,4 faiz, Böyük Britaniya 6,4 faiz, ABŞ 5,4 faiz”.

Noyabrın 25-dən dekabrın 2-dək telefonla min nəfər arasında keçirilən sorğu Ermənistanın bütün bölgələrini əhatə edib.

635x100

Şərhlər

Xalq 2020-12-04 20:54:33

day nə qaldı,az qala bütün dünya sizin düşməninizdir ki!

Son yazılar