XANKƏNDİNDƏ “DQR”in YENİ HOQQALARI: cinayətkar Araik və dəstəsi nəyə arxayındır?

Tofiq Zülfüqarov: “O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır”

Ermənilərin Dağlıq Qarabağda qalması onları yaman həvəsləndirib. Hətta dekabrın 1-dən sonra da “artsaxın özünü müdafiə ordusu”ndan danışmağa başlayıblar.

“Yeni Müsavat” yada salır ki, onların varlığını sübut edən fakt “özünümüdafiə ordusunun iki hərbçisi”nin Qarabağın şərqində baş verən partlayış nəticəsində ölməsidir. Paralel olaraq isə oyuncaq qurumun başçısı, haqqında cinayət işi açdığımız Araik Aryutunyan Ermənistanın müdafiə nazirini qəbul edir, görüşlər keçirir, “fərmanlar” verir, yeni “nazirlər” təyin edir.

Azərbaycanın qanuni ərazisində qanunsuz erməni hərbi birləşmələri daha nə qədər mövcud olacaq? Rus qoşunlarının Qarabağda yerləşməsindən sonra erməni siilahlı birləşmələri bu ərazilərimizi tərk etməliydi. Amma faktiki olaraq mövcudluqlarını saxlayıblar.

Əslində “artsax” rejimi bütün quldur dəstəsi ilə şələ-şüləsini yığıb İrəvana rədd olmalıydı. Ardınca rus mətbuatı, həmçinin ABŞ-ın “The New York Times” qəzetinin əməkdaşı Xankəndində hazırladığı reportajda yazır ki, orada qalan ermənilərə Rusiya pasportu paylanacaq. Amma bu, ağızdan eşidilən və yaxud bir müxbirin qulaq verdiyi söhbətlərə istinad əsasında reportajı ola bilər. Çünki Qarabağın Rusiya ilə sərhədi yoxdur.

Hazırda Azərbaycanın Xankəndi şəhərində və rus sülhməramlılarının qoruduğu ərazidə qondarma “dqr”in bayraq əvəzi əski parçası hələ də qalmaqdadır. Hazırkı “taym-aut”dan istifadə edən erməni təbliğat vasitələri isə bu faktı manipulyasiya etməyə başlayıblar. Araik Arutyunyan da özünü “dqr prezidenti” kimi təqdim etməkdə davam edir.

Hətta separatçı-terrorçu Ermənistanda fəaliyyət göstərən mobil operator təmsilçiləri ilə görüşüb. Onlara Azərbaycanın Qarabağ bölgəsində “tam fəaliyyət” (rominqsiz nəzərdə tutulur – E.S.) təklif edilib. O bəyan edib ki, 2021-ci ildən “dqr” Ermənistandakı xidmətlə birləşdiriləcək, rominq xidməti ləğv ediləcək.

Göründüyü kimi, təxribat xarakterli addımlar davam etməkdədir. Bəs bu separatçı erməni hərbi birləşmələri nə zaman ərazilərimizdən çıxacaqlar?

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a bildirdi ki, bütün bunlar təxribat məqsədi daşıyan bəyanatlar və məlumatlardır. Onun sözlərinə görə, erməni tərəfi bu situasiyadan sui-istifadə etməkdədir.

Politioloq hesab edir ki, münaqişənin həllində Ermənistan dövləti faktoru aradan götürülüb: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün böyük hissəsi aradan qaldırılıb və sülhməramlı qüvvələrin nəzarəti altında indentifikasiya prosesi baş verməlidir. Yəni oradakı xarici ölkələrə məxsus silahlı birləşmələr evakuasiya olunmalıdır. Qalan məsələlər isə bərpa olunmuş sərhədimizdə beynəlxalq səviyyədə danışıqlarla ola bilər. Məsələn, Naxçıvana gedilən yol və sair səpkidə danışıqlar mümkündür. Amma qalan tərəflər getməlidirlər. Çünki bura Azərbaycanın suveren ərazisidir”.

Sabiq nazirin sözlərinə görə, orada qalan prosesləri üçlük formatında həll edirik: “Yəni Rusiya-Türkiyə və Azərbaycanın iştirakı ilə qalan məsələləri həll edəcəyik. O ərazilərdə addım-addım Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Həmin qoşunlar çıxarıldıqdan sonra yerli əhalinin qeyri-qanuni hərbi birləşmələrini müəyyən edərək tərk-silah etməlidirlər. Üçtərəfli sazişin məntiqinə uyğun olaraq təhlükəsizlik funksiyası ordumuza, müşahidəçilərə və sülhməramlılara məxsusdur. Digər tərəf yoxdur, ola da bilməz! Ona görə qeyri-qanuni hərbi birləşmələr tərki-silah olmalıdır. Bu iş bitdikdən sonra digər proseslərə keçəcəyik - iqtisadi, siyasi, humanitar sahədə məsələlərin başlanması gözlənilir. Məqsəd Azərbaycanın suverenliyinin bərpasıdır. İnsanların tez-tez verdiyi suallardan biri bayraqdır. Bayraq suverenlik hüquqlarının rəmzidir. Amma suverenliyi təşkil edən məsələlər var. Bura valyuta, kommunal işlərin təşkili, işə götürmək məsələləri daxildir. Bu işlər də addım-addım reallaşdırılacaq”.

635x100

Şərhlər

Kamil 2020-12-05 21:03:14

Mənim fikrimcə erməniyə heç bir şans vermək olmaz günü bu gün oradakı silahlıları Azərbaycan ordusu və rusiya sülhməramlı qüvvələri tərksilah etməlidir artunyanın və bandası Azərbaycan məhkəmələrinin qarşısına cıxarılmalıdır

İ.Mustafaoğlu 2020-12-05 19:19:48

Xankəndində Azərbaycanın dövlət idarələri fəaliyyətə başlamalıdır və orda Azərbacaın Qanunları işlək vəziyyətdə olmalıdır. ermənilərə heç bir güzəştə getək olmaz....

Togrul 2020-12-05 18:17:53

Bicden olanlar ne gezir orda

Kələntər 2020-12-05 17:50:11

Rusiyanın heç Kalininqrad vilayəti ilə də quru sərhəddi yoxdur, amma nə olsun ki ..

boris 2020-12-05 16:51:55

Rusiya bilərəkdən belə addımlar atır,mən sonlugun pis olacagına əminəm,hələ də Ermənistan qoşunlarının oradan çıxarılmasına cəhd göstərmir ruslar, çünki onlardan özlərinə kömək üçün istpfadə etmək planları var

t.ədalət 2020-12-05 16:25:08

Putin olan yerdə Araik də olur.

Xalq 2020-12-05 13:46:15

araik arutunyan və onun anti-konstusion və quldur dəstəsi ya məhv edilməli, ya da Azərbaycan vətəndaşlığından çıxarılıb Azərbaycan ərazisindən rədd edilməlidir. Bu işdə ruslar bizə kömək etməlidirlər, əgər bunu etməsələr Türk Ordusu çağırılmalıdır!

Firudun 2020-12-05 13:08:33

Erməniləri vəzyyətdən sui istifadə etmələrinə imkan verilməmələdir.Xankəndində Azərbaycan üsul idarəsi həmən qurulmalıdır.Bu olmasa yenə onlar bizə baş ağrısı olacaq.v

Roma 2020-12-05 13:01:41

ermənilər dünyanın ən bic ən mənfur millətidir və ona görə d

Son yazılar