Menu

BU ŞƏHƏR və RAYONLARDA SƏRT KARANTİN REJİMİ UZADILDI - Qərar

05.12.2020, 16:25
BU ŞƏHƏR və RAYONLARDA SƏRT KARANTİN REJİMİ UZADILDI - Qərar

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Operativ Qərargahdan bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.

Şərhlər

Cəmşid Dərələyəzli 2020-12-05 17:25:59

Bakıda Avtobuslara və yas yerlərinin qadağasına nəzarət ələ alınsın Avtobusılarda vəziyyət dözülməzdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol