Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.
"Report" DTX-nin saytına istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkələrdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hazırda araşdırmalar davam edir.


Şərhlər
Elə bilirsiniz təkcə belə dələduzlar bu alcaq isləri görurler?Məmurlarda,icra bascilarida o serefsizin tayidirlar.Berde ile Terterin icra bascilari ermeniden de pisdirler.
DTX ƏMƏKDAŞLARINA TƏŞƏKKÜR EDİRƏM.
şərəfsiz biqeyrət! Tfuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu!
Beləsi ömürlük həbis edilməlidirr.