Menu

Azərbaycan və İsrail XİN başçıları telefonla danışıb

07.12.2020, 20:33
Azərbaycan və İsrail XİN başçıları telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Şərhlər

Məzahir 2020-12-08 00:20:39

İsrail dövləti həmişə Azərbaycanın haqqını müdafiə etdiyi üçün onun yeri qəlbimizdə əbədi olaraq qalacaqdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol