Menu

"6 komandalı qrupa düşmək istərdik" - Ramil Şeydayev

07.12.2020, 22:32
"6 komandalı qrupa düşmək istərdik" - Ramil Şeydayev

"Tam normal qrupa düşdük". Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"Yeganə xoş olmayan məqam 5 komandalı qrupda yer almağımızdır. 6 komandalı qrupa düşsəydik, məncə, daha yaxşı olardı", - deyə 24 yaşlı hücumçu əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqa rəqib olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol