Menu

Qələbə paradına hazırlıq davam edir - Təyyarələr Bakı səmasında

08.12.2020, 11:29
Qələbə paradına hazırlıq davam edir - Təyyarələr Bakı səmasında

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

APA-nın məlumatına görə, Silahlı Qüvvələrin təyyarələri parada hazırlıq məqsədilə bu gün Bakı buxtası üzərində uçuşlar keçirib.

Qeyd edək ki, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol