Menu

"Artıq bu kimi vəziyyətlərə alışmışam" - Poroşenko

12.10.2014, 16:56
"Artıq bu kimi vəziyyətlərə alışmışam" - Poroşenko

Poroşenko növbəti həftə İtaliyada Putinlə görüşəcək

Ukrayna prezidenti Petro Poroşenko rəsmi Kiyev və Rusiya yönümlü üsyançılar arasında altı aydır ki, davam edən münaqişəni müzakirə etmək üçün 16-17 oktyabrda Milanda baş tutacaq Avropa-Asiya sammitində rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcəyini deyib. Bu haqda “AFP” yazır.

Müzakirələrdə alman kansleri Angela Merkel, İtaliya baş naziri Matteo Rentsi, Britaniya baş naziri Devid Kemeron və digər Aİ liderləri iştirak edəcəklər.

Poroşenko “Mən bu müzakirələrin asan başa gəlməyəcəyinə əminəm. Artıq bu kimi vəziyyətlərə alışmışam. Lakin yenə də görüşə optimist düşüncələrlə gedirəm”, - deyə bildirib.

Son dəfə Putin ilə Poroşenkonun görüşü avqustda, Luqansk və Donetsk şəhərlərində davam edən toqquşmaların müzakirəsi ilə bağlı olmuşdu.

Atəşkəs imzalanandan sonra 300 nəfərin, ümumilikdə 3300 nəfərin toqquşmalar nəticəsində həlak olduğu məlumdur.

Müharibə şəraitinin hələ də davam etməsinə səbəb isə heç bir tərəfin sərhədboyu ərazilərdən ağır artilleriyanı geri çəkməməsi ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol