Menu

“Hazırda başqa işlə məşğulam...” - Ordudan kənarlaşdırılan generaldan açıqlama

10.12.2020, 12:37
“Hazırda başqa işlə məşğulam...” - Ordudan kənarlaşdırılan generaldan açıqlama

Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev ikinci Qarabağ savaşında xüsusi xidməti olan hərbçilərimizə ali hərbi rütbələr, orden və medallar verilməsi barədə sərəncam imzalayıb. 

Ordu korpusu komandiri general Rövşən Əkbərovun adının bu siyahıda olmaması bir müddət əvvəl onun “vurulması” barədə xəbərləri yenidən aktuallaşdırıb.

Məlumata görə, Rövşən Əkbərov müharibənin ilk günlərində ordudan kənarlaşdırılıb. Gununsesi.info-nun əməkdaşı bu xəbərə aydınlıq gətirməsi üçün generalın özü ilə danışıb. Geniş açıqlama vermək niyyətində olmadığını deyən Rövşən Əkbərov “hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam” deyərək telefonun dəstəyini asıb.

Şərhlər

Faiq 2020-12-10 12:46:10

O erməni ilə vuruşub milli qəhrəman olmuşdur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol