Menu

“Ağır yataq xəstəsi olsam da, nazirlik mənə əlillik dərəcəsi vermir” - “3 ildir ki, ağır xəstə kimi yaşamıram, sürünürəm”

11.12.2020, 09:00
“Ağır yataq xəstəsi olsam da, nazirlik mənə əlillik dərəcəsi vermir” - “3 ildir ki, ağır xəstə kimi yaşamıram, sürünürəm”

Şəki rayonu Baş Göynük kənd sakini Abdurəhmanova Dinar Bədrəddin qizi tərəfindən redaksiyamıza göndərilən məktubda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən onun hüquqlarının pozulduğu bildirilir.

Şikayətçi qeyd edir ki, ağır yataq xəstəsi olmasına rəğmən, ona əlillik dərəcəsi verilmir: “Mən Abdurəhmanova Dinar Bədrəddin qızı Şəki rayonu Baş Göynük kənd sakiniyəm. 21 yaşım və 3 yaşında bir oglum var. Mən hər iki agciyərlərimin fibroz kavernoz vərəmindən artıq 3 ildir ki, əziyyət cəkirəm. Agır yataq xəstəsiyəm. Bu cür agır yataq xəstəsi olmagıma baxmayaraq, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi qanunsuz olaraq mənə əlillik dərəcəsi vermir. Qeyd edirlər ki, sənə əlillik dərəcəsi düşmür, əlavə müalicəyə zərurət var. Mən Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin imtinasını tam qanusnuz hesab edirəm. Çünki stasionar müalicələrdə olmuşam, amma heç bir irəliləyiş olmayıb.”

Şikayətçi qarşılaşdığı problemi şəxsən nazirə çatdırsa da, bunun heç bir nəticəsinin olmadığını qeyd edir: “Üzləşdiyim qanunsuzluqla bağlı bütün lazımi instansiyalara müraciət etmişəm, vəziyyətimi şəxsən Əmək və Əhalinin Sosial Mudafiəsi naziri olan cənab Sahil Babayevə bildirmişəm. Ancaq nə faydası var? Mənə heç bir müsbət cavab verilmir. Mənə izah edin, görüm bu əlillik dərəcəsi kimlərə düsür? Üzləşdiyim qanunsuzluq barədə yazmaqdan barmaqlarm mazol olub, ancaq baxan yoxdur, heç bir tədbir görülmür. 3 ildir ki, ağır xəstə kimi yaşamıram, sürünürəm.”

Sonda şikayətçi yaşadığı acınacaqlı durumun ölkə başçısına çatdırılmasını xahiş edir: “Sizdən bircə rica və istəyim var, bu yazdqlarım cənab Prezidentimizə catsın.”

“AzPolitika.info”

Şərhlər

.EJDER NAQILBAZ 2020-12-11 11:42:53

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol