Menu

ABŞ hakimiyyəti "Moderna" ilə 100 milyon doza COVID-19-a qarşı peyvəndi almaq barədə razılığa gəliblər

12.12.2020, 07:22
ABŞ hakimiyyəti "Moderna" ilə 100 milyon doza COVID-19-a qarşı peyvəndi almaq barədə razılığa gəliblər

ABŞ hakimiyyəti Amerikanın "Moderna" şirkəti ilə koronavirusa qarşı hazırladığı 100 milyon doza peyvəndin alınması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin saytında açıqlamalarda bildirilib.

Şirkət qeyd edib ki, ABŞ hökuməti COVID-19-a qarşı "Moderna" şirkətinin mRNA-1273 peyvəndinin əlavə 100 milyon doza almaq hüququndan istifadə etdi.

Bildirilir ki, nəticədə "Moderna" şirkətinin tədarük etməli olduğu dərmanın ümumi dozalarının sayı 200 milyona yüksəldi.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın Pfizer dərman şirkəti və Almaniyanın BioNTech biotexnologiya şirkəti tərəfindən koronavirusa qarşı hazırlanan peyvənd namizədinin 90 faizdən çox təsirli olduğu açıqlanmışdı. Məlumata görə, BNT162b1 adlı peyvənd namizədi virusa qarşı 90 faizdən çox effektlidir. Bu peyvənd namizədi 6 ölkədə 43 min 538 nəfər üzərində sınaqdan keçirilib və qeyd olunub ki, indiyədək ciddi bir narahatlıq qeydə alınmayıb.

“Moderna” peyvəndinin “Pfizer” və BioNTech-in birgə peyvəndindən əsas üstünlüyü isə ultra soyuq anbara ehtiyacının olmamasıdır. “Moderna”nın vaksin namizədi soyuducuda 2-8 dərəcədə 30 gün, 20 dərəcə temperaturda altı aya qədər saxlanıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol