"Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərdə işlər gedir: “Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.


Şərhlər
Bə nə vaxt baslayacaqlar goresen.Camaatin tepesine yaqis yaqir.evler darmadaqin.Gunaşiri bir deste komisiya gelir heresi bir defe yazir gedir.Ə baslayin dəə .Hesalanir nə bilim nə olur.Ne cetin isdiki hesablamaq.Bilmirem vallah nə hesablayirlar,öz qazanclarini yoxsa camaata deyen ziyani.