Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Çexiyadakı biznesini idarə edir. Axar.az-a sabiq nazirə yaxın mənbədən verilən xəbərdə bildirilir ki, F.Əliyev hazırda Azərbaycandadır. Onun vaxtaşırı ölkə kənarına çıxdığı, əsasən də Çexiyada olan biznesinə nəzarət üçün Praqaya və Karlovı-Varıya getdiyi qeyd olunur.
Mənbənin sözlərinə görə, sabiq nazir Çexiyada əsasən yüngül sənaye biznesi ilə məşğuldur. Hələ nazir olduğu dövrdə bu biznes imkanlarını genişləndirən F.Əliyev həbsdən sonra da Çexiyadakı işini davam etdirir.
Qaynağımız qeyd edir ki, F.Əliyev ilin çox vaxtı Bakıda olur. Hətta arabir ata evinə - Cəlilabada baş çəkir. Orada onun qardaşı yaşayır.


Şərhlər