Menu

Azərbaycanın tanınmış futbolçusu vəfat etdi

14.12.2020, 12:57
Azərbaycanın tanınmış futbolçusu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, 70 yaşlı sabiq hücumçu koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, son vaxtlaradək Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi oyunlara təinat aıb. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra E.Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib.

Şərhlər

Mirzə AĞ 2020-12-14 14:29:31

Uşaqlq illərimizin nümunəsi idi - böyük itkidir, ALLAH rəhmət eləsin!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol