Menu

İğdır-Naxçıvan qaz kəməri layihəsinin tamamlanacağı vaxt açıqlandı

15.12.2020, 21:57
İğdır-Naxçıvan qaz kəməri layihəsinin tamamlanacağı vaxt açıqlandı

İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır. Trend-in məlumatına görə, bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol