Menu

Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır

16.12.2020, 00:19
Tramp COVID-19 əleyhinə peyvənd olunmağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır. “Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, həkimlər nə vaxt lazım bilsə, Vaşinqton administrasiyasının başçısı peyvənd olunacaq.

"Hazırda prezident peyvənd olunmağa tam açıqdır. Amma o bu yaxınlarda COVID-19 xəstəliyi keçirdi və onda anticisimlər var. Həkimlər komandası bunu etməyə qərar verən kimi o vaksini alacaq", - Makineni deyib.

Şərhlər

Mezelenme 2020-12-16 09:24:44

Bes dunen deyirdiz istemir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol