Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” fonduna iş adamları tərəfindən də ianələr köçürülməkdədir.
Daha iki iş adamı bu istiqamətdə addım atıb. Belə ki, “Çin Karqo”nun rəhbəri Şamil Heydərov və onun oğlu “ALTİS Group of companies” MMC-nin rəhbəri Kamal Heydərov da “YAŞAT” fonduna dəstək olub.
“Çin Karqo” şirkətinin rəhbəri olan iş adamı Şamil Heydərov və “ALTİS Group of companies” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olan oğlu Kamal Heydərov Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” fonduna hər biri 25.000 manat olmaqla ümumilikdə 50.000 manat məbləğində ianə köçürüblər.
Bu minvalla Şamil Heydərov və Kamal Heydərov torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda yaralanmış qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət, ailələrinə isə başsağlığı dilədiklərini bildiriblər.


Şərhlər