Menu

Azərbaycanda beş partiya ofislə təmin olunub - FOTO

16.12.2020, 14:12
Azərbaycanda beş partiya ofislə təmin olunub - FOTO

Azərbaycanda siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Qeyd edək ki, iş şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

Şərhlər

Cefer Memmedov 2020-12-16 22:16:20

Bundan sonra daha " cəsarətli" və "qətiyyətli" mövqe ortaya qoyacaqlarına heç kimin şübhesi olmasın. Axsaq atın kor nalbəndi olar. Belə iqtidarında belə "müxalifəti"

t.ədalət 2020-12-16 22:01:54

Partiyaları lənətə gəlsin!Onlar da ermənilər kimi ölkənin varlığını gəmirirlər.Zaman gələcək,bu partriyaların hesabına çox böyük itkilərlə üzləşəcəyik.

veten dashı 2020-12-16 15:12:45

Bu partiyaların necə üzvü var görəsən.Olmaz ki sayini və adlarını cəmiyyətə acıqlasınlar.QHT -lərlə bunların sayı hesabı yoxdu.Amma cəmiyyətə ,dövlətə bir xeyrləri yox.Sadəcə hərə bir məqsədə xidmət edir...Nəticədə də millətdə ikrah hissi yaranir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol