Hər bir insan koronavrusa qarşı bir neçə aylıq intervalla, iki və ya üç dəfə peyvənd etdirməli olacaq. Bu barədə tibb elmləri doktoru, Petrosk Elmlər Akademiyasının (EA) akademiki Aleksandr Smorodintsev danışıb. Vrusoloq-alimin sözlərinə görə, hələlik vəziyyətdə dönüş yaratmağa əhalinin «nadanlığı» mane olur.
Smorodintsevin qeyd etdiyi kimi, hazırda Rusiyada üç vaksin istehsal olunub - «Sputnik-V» (N.F.Qamalev adına Moskva epidemiologiya və mikrobiologiya Milli Tədqiqat Mərkəzi hazırlayıb), «Vektor» («Vektor» Novosibirsk vuirusologiya və biotexnologiya Dövlət Elmi Mərkəzi hazırlayıb) və «Üzlüvirion vaksin» (M.P.Çumakov adına immunobioloji preparatların işlənməsi üzrə Moskva Elmi Mərkəzi hazırlayıb).
«Onların hamısı həm klinik sınaqlara qədərki mərhələni, həm də klinik sınaqları keçib və artıq peyvəndləmə üçün buraxılır. Hələlik bu vaksinlərin kifayət qədər məhdud miqdarı hazırlanıb, yəni bütün ölkə üçün cəmi bir neçə yüz min ədəd.
Onların epidemioloji effektliliyi barədə danışmaq o zaman mümkün olacaq ki, bir ərazidə 300-500 min insan peyvənd ediləcək. O zaman sadəcə, müqayisə etmək mükün olacaq ki, məsələn, bir şəhərdə peyvənd almış və almamış xəstələrin sayında fərq nə qıdərdir. Mən, hesab edirəm ki, vaksinlərin epidemioloji effektliliyi barədə suala ətraflı çavab vermək haradsa gələn ilin fevral-mart aylarına qədər mümkün olacaq» - deyə,1967-ci ildə Ümumittifaq Elmi-tədqiqat Qrip İnstitutunun yaradıcılarından biri olmuş alim danışıb.
O, qeyd edib ki, Rusiyada “Covid-19”-a yoluxmanın səngimə barədə danışmaq hələ tezdir, amma son günlər xəslənmələrin sayının azarlması tendensiyası müşahidə olunur.
«Heç bir səngimə yoxdur. Bizim səhiyyə nazirimiz Muraşko çıxış edib, bildirib ki, bizdə koronavirus xəstələrini qəbul edən mərkəzlər 95 faiz dolub və orada boş yerlər lap azdır» - Smorodintsev qeyd edib.
AzPolitika.info


Şərhlər