Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən Müharibəsi iştirakçısı olmuş bir qrup qazi ilə görüş keçirib.
Ombudsman Aparatından verilən xəbərə görə, görüşdə ehtiyatda olan mayor Ziyadov İlkin Eldar oğlu, ehtiyatda olan kapitan Məmmədov Anar Yaşar oğlu, kapitan Muradov Zaman Müqabil oğlu və baş leytenant Daşdəmirov Qədir İsmayıl oğlu iştirak ediblər.
Ombudsman əvvəlcə qazilərimizi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibəti ilə təbrik edib, işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Azərbaycan xalqının Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlıq hissi duyduğunu qeyd edib.
Səbinə Əliyeva görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barədə danışıb. Ombudsman, həmçinin qazilərin qayğıları ilə maraqlanıb və onların qeyd etdikləri məsələləri nəzarətdə saxlayacağını bildirib.


Şərhlər
yeqin ramizin nevesinin toyundan daniwif,,boevik,,siyavuw hani bes,hiyyy
МашаАллах,очень активная деятельность аппарата Уполномоченного по правам человека,очень большое внимание уделяется всем участникам Отечественной войны:воинам,пленным,раненым и их семьям,Спасибо Президенту за такой добросовестный кадр
Deyirəm bizim ombudsman xanıma da müharibə veteranı statusu versinlər, bu qədər görüşlər keçirir hərbiçilərlə, həmişə də şəkil çəkdirir.