İşğaldan azad olunan ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə gələn ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin miqdarı məlum olub. Bu, 2021-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.
Qeyd olunub ki, işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın doğma torpağa qayıdışı ilə bağlı proqram və layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə təminatının yaradılması və müvafiq maliyyələşmə mexanizminin tətbiqi, həmin ərazilərdə iqtisadi fəallığın artırılması üçün stimullaşdırma tədbirlərinin (vergi və digər güzəştlər, dövlət-özəl sektor tərəfdaşlığı və s.) həyata keçirilməsi, həmçinin də şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur. Bu da 2021-ci il dövlət büdcənin layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, bu, 2021-ci ildə büdcə-vergi siyasətinin əsas istiqamətlərdən biridir


Şərhlər