Menu

“Avromed Company” yanlışlıq edib - TƏBİB

21.12.2020, 15:20
“Avromed Company” yanlışlıq edib - TƏBİB

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə TƏBİB-ə məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan fotolara münasibət bildirib.

Qurumdan "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

"Bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verildi. İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib.

Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.
Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz", TƏBİB-dən bildirilib.

Şərhlər

vətəndaş 2020-12-21 16:42:43

Siz dediz bizdə inandıq

Elxan 2020-12-21 15:42:02

Bu məlumatı sizlırə verdim, əkaqədar şöbənizə verin araşdırsınlar. Elxan Mehdi oğlu Xəlilov, 1960 cı il təvəllüdle, ş/v. nömrəsi AZE 08250860.Telefon:+994502121503.Bir jurnalist olaraq araşdırın, görün 03.12.2020 tarixli laboratoriya analizimin pozitiv çıxnmasından sonra, həmin bu lazımsız qurumdan kimsə bircə dəfə maraqlanıb???

Elxan 2020-12-21 15:35:10

Mən 20 gün Covid xəstəsi olaraq evdə müalicə aldım və 2000AZN civarında pul xərclədim. Bu günlər ərzində TƏBİB-in mənimlə maraqlanması olmayıb, əksinə 2 dəfə sms göndərərək xəbərdarlıq ediblər ki, yaşayış yerini tərk etsəniz inzibati məsuliyyət daşıyacaqsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol