Menu

Həmsədrlər sabah Azərbaycana gəlir

13.10.2014, 13:43

atetATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.

APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.

Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.

Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol