Menu

Avropa İttifaqında vaksinasiya eyni vaxtda başlanacaq – Tarix açıqlandı

22.12.2020, 11:22
Avropa İttifaqında vaksinasiya eyni vaxtda başlanacaq – Tarix açıqlandı

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Komissiyası bazar ertəsi dərman vasitələri üzrə Avropa Agentliyinin (EMA) tövsiyəsinə əsasən Pfizer/BioNTech vaksinindən istifadəyə icazə verib.

AK-nın başçısı Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrində vaksinasiya eyni vaxtda, dekabrın 27-29-da başlana bilər.

Bu arada EMA-nın icraçı direktoru İmar Kuk bəyan edib ki, koronavirus pandemiyasının inkişafında dönüş nöqtəsi hələ ki, yaranmayıb. Onun sözlərinə görə, əhalinin əhəmiyyətli hissəsinin vaksinasiyası uzun müddət tələb edəcək.

Xatırladaq ki, ABŞ-ın Pfizer və Almaniyanın «BioNTech» şirkətlərinin vaksini koronavirus əleyhinə yönəlmiş və Avropa İttifaqı ərazisində istifadəsinə icazə veriliş ilk vasitədir. Kliniki tədqiqatların nəticələrinə görə, vaksinlər 95 faiz effektli olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol