Çilinin elmi stansiyasında olan 36 nəfərə COVID-19 diaqnozu qoyulduqdan sonra Antarktida koronavirus pandemiyasından yan qaçan yeganə qitə olmaq statusunu itirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Tercera” qəzeti yazıb.
Koronavirusa yoluxma halları “Bernardo O'Higgins Riquelme” elmi stansiyasında aşkar edilib. Yoluxan 36 nəfərdən 26-sı hərbçi, 10-u isə bazada planlı iş aparan podratçı şirkətin əməkdaşıdır.
Qeyd olunur ki, yoluxanların hamısı simptomlar aşkar olunduqdan sonra tibbi-elmi personal tərəfindən təxliyə edilib və daha sonra PZR testlər veriblər.


Şərhlər
Antarktidada da çinlilər virusa tutulublarsa,həqiqətən koronanın yaranma yeri Çindir.Özü də bu virus onların hansısa qidalarındadır və bu qidanı tükətdikcə bəşəriyyəti təhlükə altında qoyacaqlar.Çin sənayesində istifadə olunan hansısa xammalın tərkibində də ola bilər.Məlum olduğu kimi,Çin istehsalı olan məhsulların satıldığı bazarlardan həmişə ölüxana qoxusu gəlir.