Menu

Yaponiya və Çin arasında münaqişə yenidən kəskinləşib

24.12.2020, 12:46
Yaponiya və Çin arasında münaqişə yenidən kəskinləşib

Çin Xalq Resublikasının (ÇXR) iki patrul gəmisi çərşənbə günü Şərqi-Çin dənizindəki Senkuku adaları akvatoriyasında Yaponiyanın ərazi sularına daxil olub. Bölgə Tokio və Pekin arasında ərazi mübahisəsi predmetidir.

Bu barədə «NHK» telekanalı xəbər verib.

Kanalın məlumatına görə, Çinin gəmiləri həm də bu rayonda yerləşən Yaponiya balıqçı gəmisinə yaxınlaşıblar. Yaponiyanın dənizdə təhlükəsizlik İdarəsi gəmilərə ərazi sularını tərk etmək barədə xəbərdarlıq edib.

Yaponiya və Çin arasında Senkuku adaları ətrafında ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokio, adaların özəl sahibkarlardan satın alındığını elan etdikdən sonra kəskinləşib. Bundan sonra ÇXR-da kütləvi anti-Yaponiya nümayişləri keçirilib. O vaxtdan Çin gəmiləri sahil zonasında nümayişkəranə şəkildə hərlənirlər.

Bu arada yayılan bəşqa bir xəbərdə isə deyilir ki, Rusiya-Çin hərbi əməkdaşlığı Yaponiyanı narahat edir. Bununla bağlı Yaponiya hökuməti dekabrın 22-də öz narahatlığını ifadə edib.

Bu barədə Yaponiya nazirlər kabinetinin Baş katibi Katsunobu Kato çərşənbə günü keçirdiyi mətbuat konfransında bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol