Menu

Parlament ehtiyac meyarının artırılmasını qəbul edib

25.12.2020, 17:07
Parlament ehtiyac meyarının artırılmasını qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərhlər

Azər 2020-12-25 20:25:15

Minimum ənək haqqi 300 man olmalıdir.gəlir vergisi 14 faizdən 10 faizə endirilməlıdir

t.ədalət 2020-12-25 19:45:10

Bu normanı müəyyənləşdirəndə,görünür,məhkumları nəzərdə tutublar.Çünki məmurlara ayda bu məbləğin yüz qatı bəs olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol