Menu

Almanlar xristianlıqdan qaçırlar – “Əhali arasında kilsəyə skeptik münasibət güclənir”

26.12.2020, 00:04
Almanlar xristianlıqdan qaçırlar – “Əhali arasında kilsəyə skeptik münasibət güclənir”

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyada protestant və katolik kilsələri 2020-ci ildə görünməmiş sayda xristianın dini institutlardan çıxması halları ilə üzləşib.

Almaniyada kilsədən öz iradəsi əsasında çıxmaq yetərli deyil. Qaçılmazdır ki, kilsə vergisi ödəməmək üçün məhkəməyə ərizə verilsin. İş o yerə çatıb ki, məhkəmələrdə kilsədən çıxmaq üçün onlayan-müraciətlər artıq bir neçə ay əvvəldən, ta 2021-ci ilin martına qədər bronlanır.

«Bild» nəşrinin məlumatına görə, Şimali Reyn-Vestfaliya federal torpağında 2018-ci ildə 88 min Almaniya vətəndaşı kilsədən üz döndərib, 2019-cu ildə artıq 120 midən çox insan kilsədən çıxıb. 2020-ci il üçün hələlik belə məlumat olmasa da bu il də anti-rekord vurulacağı proqnoz edilir.

«Əhali arasında kilsəyə yönəlik skeptik münasibət güclənir. Hesab edilir ki, kilsə siyasətə və kommersiya layihələrində iştiraka həddindən artıq aludə olub və öz təyinatını yaddan çıxardıb. Belə ki, kilsələr hər yerdə Afrikadan gələn qeyri-leqal miqrantların yerləşdirilməsindən və onlara qulluqdan pul qazanırlar, dövlətin miqrasiya siyasətinə dəstək verirlər - hətta gəmi hazırlayıb Afrikadan Avropaya qaçaq yolla miqrant daşıyırlar» - deyə, «Almaniyadan xəbərlər» teleqram-kanalı vəziyyəti şərh edir.

Bundan əvvəl xəbər verilmişdi ki, 2020-ci ilin noyabrında Bremen məhkəməsi katolik pastoru öz dualarında homoseksualizm və gender bərabərliyi barədə təhqiredici fikirlər səsləndirdiyi üçün böyük məbləğdə cərimə edib. Pastor bildirib ki, İncildə yazılmış sözlərə istinad edir, ancaq məhkəmə onun duasını nifrəti qızışdırmaq kimi qiymətləndirib və 8100 avro cərimə ödəməsi üçün qərar verib.

Belə bir şəraitdə Almaniyanın «qulağının dibində» yuva salmış xristian-sosialistlərin təşəbbüsü ilə cırtdan Lüksenburqun parlamenti (şübhəsiz ki, kilsənin təsiri altında!) nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin ziddinə olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə haqq qazandıran qərar qəbul edib. Utancverici deyilmi?

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Mirzə Qafarlı 2020-12-26 07:55:25

Bütün dinlər və Müqəddəs kitablarda insanları təmizliyə, biri-birinə münasibət də mərhəmətli olmağa, dözümlüyə, düzlüyə çağımaqla, Allaha qulluq etməyə çağırdığı halda, bəzi din xadimləri, xüsusən erməni Qriqoryan dini Şeytana qulluq edir, siyasətə qarışır, insanlar arasında ayrı seçkilik yayır. Nəticə də separatist hərəkətlər yer alır, milli münaqişələr yaranır, insanlar öldürülür, işgəncəyə məruz qalırlar. Əlbəttə şüurlu insanlar bunu anlayır və dindən üz döndərir və ya İslam dinini qəbul edirlər.

Mirzə Qafarlı 2020-12-26 07:48:42

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol