Menu

Lukaşenko COVID-19-a qarşı peyvənd vurdurmayacaq

25.12.2020, 23:32
Lukaşenko COVID-19-a qarşı peyvənd vurdurmayacaq

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayacağını bəyan edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bir insan kimi Səhiyyə nazirinə demişəm. O bizdə böyükdür. Ona demişəm ki, mən peyvənd olmayacam”, - o bildirib.

Qeyd edək ki, Lukaşenko koronavirus infeksiyasına hələ iyul ayında yoluxduğunu və simptomsuz keçirdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol