Menu

BMT sülhməramlıları öldürülüb

26.12.2020, 10:18
BMT sülhməramlıları öldürülüb

Naməlum silahlılar BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlılarına hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirilib.

Məlumata əsasən, üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.

Baş katib, ölkə rəhbərliyini bu hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol