Menu

Erməni əsirliyindən xilas edilən gizir ailəsinə qovuşdu - FOTO

27.12.2020, 09:10
Erməni əsirliyindən xilas edilən gizir ailəsinə qovuşdu - FOTO

Vətən müharibəsi zamanı əsir götürülənlərdən biri də Azərbaycan Ordusunun giziri, Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu idi.

“Report” xəbər verir ki, noyabrın 10-da imzalanan Qarabağ bəyanatına uyğun olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi razılığı əsasında Azərbaycana təhvil verilən Emin Baxşəlıyev artıq dünən ailəsi ilə görüşüb.

Qeyd edək ki, Emin Baxşəliyev Ağdərə istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. O, hərbi əməliyyatlar zamanı yaralandıqdan sonra ermənilər tərəfindən əsir götürülmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol