Menu

Pakistanda hərbi helikopter qəzası nəticəsində bir neçə nəfər həlak olub

27.12.2020, 10:05

Pakistanın şimalında helikopter qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi bildirib.

Məlumata görə, hadisə nəticəsində dörd nəfər həlak olub. Onlardan ikisi pilot, ikisi isə hərbçilərdir.

Qeyd edilir ki, helikopter əsgərin meyitini hospitala aparırmış. Hadisəyə texniki nasazlıq səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol