Menu

Deputatın səlahiyyətlərinə xitam verildi

13.10.2014, 16:16
Deputatın səlahiyyətlərinə xitam verildi

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatından məhrum edilməsi məsələsinə baxıb.

SalamNews xəbər verir ki, MSK IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verib. Bu barədə məruzə ilə çıxış edən MSK-nın katibi Arifə Muxtarova bildirib ki, konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Parlamentinin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol