Menu

Parlament ehtiyac meyarı və yaşayış minimumunu qəbul etdi - İkinci oxunuşda

28.12.2020, 13:53
Parlament ehtiyac meyarı və yaşayış minimumunu qəbul etdi - İkinci oxunuşda

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Komitə sədri Tahir Mirkişili bildirdi ki, növbəti ildə ölkədə yaşayış minimumu 196 manat müəyyənləşib.
Deputat Fazil Mustafa pandemiyaya qarşı mübarizə çərçivəsində vətəndaşlara 190 AZN məbləğində yardım ayrıldığını xatırlatdı. Bildirdi ki, sonradan hansısa spekulyasiyalara imkan verilməməsi üçün həmin yardımın məbləğini də yaşayış minimumu səviyyəsinə qaldırmaq yaxşı olardı.

T.Mirkişili gələcəkdə bu məsələyə baxılmasını mümkün saydı. 

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq II oxunuşda qəbul edildi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol