Menu

Bəhram Bağırzadənin anası koronavirusa yoluxub

28.12.2020, 20:02
Bəhram Bağırzadənin anası koronavirusa yoluxub

Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.

Onun sözlərinə görə, anası - 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.

Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl - Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol