2020-ci ildə baş qaldırmış pandemiya sonuncu olmayacaq. Ona görə də dünya birliyi sağlamlığın qorunması sistemini möhkəmlətməli və yeni fövqəladə situasiyalara hazırlaşmalıdır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.
«Tarix bizə deyir ki, hazırkı pandemiya sonuncu olmayacaq və epidemiya həyati reallıqdır. İnanmaq çətindir ki, hələ bir il əvvəl Covid-19 bizə mütləq mənada məlum deyildi. Son 12 ay ərzində bizim dünyamız baş-ayaq çevrildi» - deyə, o, qeyd edib.
ÜST rəhbəri əlavə edib ki, koronavirus xəstəliyinin dünyamıza göstərdiyi təsir «xəstəlik hüdudlarından kənara çıxıb və cəmiyyət üçün, iqtisadiyyat üçün «uzaq mənzilli» nəticələrə malikdir».
Qebreyesus qeyd edib ki, buna təəccüb etməyə dəyməz, belə ki, «illər uzunu çoxlu xəbərlər, şərhlər və təkliflər olub və deyilib ki, dünya pandemiyaya hazırlanmayıb». O, əlavə edib ki, baş verənlərdən dərs almaq lazımdır.
Onun sözlərinə görə, pandemiya «insanların, heyvanların və planetin sağlamlığı arasında sıx əlaqə olduğunu göstərdi».
ÜST rəhbərinin koronavirus pandemiyası barədə səsləndirdiyi bəyanatları diqqətlə izlədikcə, belə təsəvvür yaranır ki, özünün «mənşəyi» qaranlıq olan bu cənab necə deyərlər, «oxu atıb - yayı gizlədir», başqa sözlə, Covid-19 koronavirusunun mənşəyi və konkret olaraq, heyvandan (panqolindən, yarasadan) insan orqanizminə hansı şəraitdə və harada keçə biləcəyi ehtimalı barədə məqsədli şəkildə SUSUR! Bu pandemiyanın sonuncu olmayacağı barədə onun səsləndirdiyi fikir isə belə bir ehtmalı gücləndirir ki, ÜST direktoru bu virusun mənşəyi barədə yetərli bilgiyə malikdir, amma məqsədli şəkildə bilgisini dünya ictimaiyyəti ilə bölüşmək istəmir və ya bölüşməyə QORXUR!
Mirzə AĞ
APolitika.info


Şərhlər