Menu

Topçu Vüsalın şəklinə mənfi rəy yazan məktəb direktoruna töhmət verilib

29.12.2020, 12:29
Topçu Vüsalın şəklinə mənfi rəy yazan məktəb direktoruna töhmət verilib

Vətən müharibəsinin qəhrəmanlarından biri olan Topçu Vüsal kimi tanınan 19 yaşlı əsgər Vüsal Şahkərimovun sosial şəbəkələrdə şəklinin altına xoşagəlməz rəy yazan məktəb direktoru cəzalandırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə V.Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olan şərhlə bağlı araşdırma aparılıb.

Məktəb direktoru məsələ ilə bağlı izahatında həmin şərhin diqqətsizlik və texniki səhv nəticəsində V.Şahkərimovun şəklinin altına düşdüyünü bildirib.

“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər Vüsal Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib. Mailə İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilib”,- idarədən qeyd olunub.

Şərhlər

İlqar Ağasəfoğlu 2020-12-29 15:25:59

Çox təəssüf. Baxın bu bu çox təhlükəli bir məqamdır. Məktəb didektoru və qaziyə hədyan. Bu xanım DNK testi verməlidir və nəticəsindən asılı olmayaraq nəinki vəzifədən , dərhal müllimlikdən də uzaqlaşdırılmalıdır.

Vüsal 2020-12-29 14:42:07

Belə insansarı təhsil sistemindən uzaqlaşdırmaq lazımdır

TARIX 2020-12-29 14:26:53

187 N-Lİ MƏKTƏBİN DİRETORU DÖVLƏTİN QOYDUĞUQAYDALARINI POZARAQ ÖZÜNƏ YUBLEY CEKİRDİB REKLAM EDİ.DİGƏRİ İSƏ QAZİMİZ HAQDA HƏDYAN YAZIRVƏ TÖHMƏTLƏ CANINI QURTARIRLAR.ÖZ BAŞINALIQLAR HARDAN QAYNAQLANIR?TƏHSİLİMİZİN BƏXTİ HEC GƏTİRMİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol