Menu

"Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir" - Çavuşoğlu

29.12.2020, 15:14
"Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir" - Çavuşoğlu

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, - o deyib.

M.Çavuşoğlu ikitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol