Menu

"Qarabağda vəziyyət normallaşır" - Sergey Lavrov

30.12.2020, 11:51
"Qarabağda vəziyyət normallaşır" - Sergey Lavrov

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşır. Bakı və Yerevanın vəziyyətin sabitləşdirilməsi istiqamətində fəaliyyətlə bağlı üzərilərinə düşən öhdəliyi yerinə yetirdiklərini məmnunluqla qeyd edirik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı TASS-ın sualına cavabında bildirib.

O əlavə edib ki, Rusiya atəşkəslə bağlı razılaşmanın təminatçısı kimi funksiyasını yerinə yetirir: “Atəşkəs rejiminin istənilən halda pozulmaması, ərazilərin partlayıcı vasitələrdən təmizlənməsi, əsirlərin və ölənlərin meyitlərinin mübadiləsi, qaçqınların qayıtması və daxili hərəkət zaman təhlükəsizliyin təmin edilməsi, vacib humanitar məsələlərin həll olunması, tarixi abidələrin qorunması, nəqliyyat yollarının açılması və iqtisadi əlaqələrin qurulması gündəlikdə duran məsələlərdir”.

S.Lavrov bildirib ki, bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilir.

O, atəşkəs rejiminin dekabrın 13-də pozulduğunu Azərbaycan və Ermənistanın birgə səyi nəticəsində vəziyyətin nəzarət alına alındığını vurğulayıb.

Şərhlər

t.ədalət 2020-12-30 16:26:59

Qarabağda vəziyyət ermənilərin xeyrinə "normallaşır"....rAllah bizi Putinin bəlalarından qorusun!

Cövdət 2020-12-30 14:29:26

Lavrov bu normalla.manı nədə görür? Rus sülhməramlılarının Ermənistandan Xankəndinə silahlıların gtirilməsində,ermənilərin azərbaycan vətəndaşlığı qəbukxl etmədən geri daşınmasında, Ermənistan ordusunun Qarabağdan çıxarılmamasında,Aərbaycanlılara məhdudiyyətlər qoymasında?Htta Xankəndinin yenə bütün yerlərdə Stepanakert adlandırılmasında?.kt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol