Menu

“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq” - Peyvəndin yaradıcısı

30.12.2020, 13:18
“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq” - Peyvəndin yaradıcısı

Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.

APA-nın yerli bürosunun NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə "BioNTech"/"Pfizer" peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.

“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, - deyə U. Şahin vurğulayıb.

Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol