Menu

DİN vətəndaşlara xəbərdarlıq etdi

30.12.2020, 17:45
DİN vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk.

Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Hər birinizə gözəl bayram ovqatı arzulayırıq".

Şərhlər

Samir Məhəmmədli 2020-12-30 23:32:34

Onsuzda .Heçkim Bayram Keçirtməyəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol