Menu

“Son OMON-çu getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm” - Lukaşenko

30.12.2020, 18:23
“Son OMON-çu getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm” - Lukaşenko

Son OMON-çu hakimiyyətdən getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Daxili İşlər İdarəsinin OMON dəstəsi ilə görüşündə bildirib.

“Son OMON-çu mənə “Get!” deməyənə qədər sizinlə çiyin-çiyinə bu ölkədə möhkəm dayanacağam, çünki nə sizin, nə də mənim bu ölkədən başqa heç nəyimiz yoxdur”, - deyə Belarus Prezidenti qeyd edib.

Belarus OMON-çuları A. Lukaşenkoya xüsusi xidmətlərinə görə qara beret təqdim ediblər. Belarusun dövlət başçısı da öz növbəsində hüquq-mühafizə orqanının əməkdaşlarına dövlət mükafatlarını təqdim edib.

Şərhlər

OQTAY 2020-12-31 01:35:54

SSSR umer,tovaris presedatel kolxaza!!!

Eli 2020-12-30 19:07:29

Milletin bedbextçiliyine baxın da bu prezident hele başa düşmeyib ki bu 26 ildir 10 milliondam artıq shalisi olan bir xalqın milletin prezidentidir daha bir ovuc güc qurumlarının yox.30 ildir Rusiyaddm ayrılıb bir de yeniden qanağa heymek evezine heriye qayıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol