Menu

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

02.01.2021, 10:13
Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

DİN-dən bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 8-i yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol