Menu

Türkiyədə 2 500 il yaşı olan Afrodita məbədi aşkarlandı - FOTO

04.01.2021, 08:50
Türkiyədə 2 500 il yaşı olan Afrodita məbədi aşkarlandı - FOTO

Türkiyədə arxeoloqlar təxminən 2 500 il əvvəl tikilmiş Afrodita məbədinin qalıqlarını tapıblar.

“Report” xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.

Məbəd ölkənin qərbindəki Urla-Çeşme yarımadasında yerləşib. Tədqiqatçılar ümumilikdə 35 qədim qəsəbə tapıblar, onlardan 16-sı, həmçinin məbədin qalıqları neolit dövründən sonraya aiddir.

Qazıntılara başçılıq edən arxeoloq Elif Koparal kəşfi "heyrətləndirici" və "cəlbedici" adlandırıb. O, həmçinin əlavə edib ki, Afroditanın inşasının eramızdan əvvəl VI əsrdə həyata keçirildiyi güman edilir.

Şərhlər

MRP 2021-01-04 10:24:46

Ermənilər eşitsələr deyəcəklər bizim abidədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol