Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha bir rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Astara şəhər sakini A.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Astara RPŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır.


Şərhlər
Ona 20 il vermək lazımdır. Rüşvət alıb,talan edib