Menu

İranın XİN başçısı Azərbaycana gələcək

04.01.2021, 14:30
İranın XİN başçısı Azərbaycana gələcək

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Azərbaycana səfər edəcək.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir.

S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol