Menu

Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üçün 20,5 milyon manat ayrılacaq

04.01.2021, 15:21
Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üçün 20,5 milyon manat ayrılacaq

Bu il “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 31 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, 2021-ci ildə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 20 milyon 533,6 min manat ayrılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol