Menu

İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb

05.01.2021, 15:34
İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb

İranda COVID-19-un yeni ştammı aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də İranın səhiyyə naziri Səid Nəməki bildirib.

“Təəssüf ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənimiz də yoluxub. Bu, İranda ilk hadisədir”, - o deyib.

Qeyd edək ki, COVID-19-un Britaniya ştammı Türkiyə və Gürcüstanda da aşkarlanıb.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol