Menu

Fransa "sülhməramlıları" Malidə qətliam törətdi - Toyu bombalayıb 100 nəfəri öldürdü

05.01.2021, 16:35
Fransa "sülhməramlıları" Malidə  qətliam törətdi - Toyu bombalayıb 100 nəfəri öldürdü

Mali mərkəzinin "naməlum nişanlı" təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb.  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb.

Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb.

Bildirilib ki, Malidə bu ölkənin sərvətlərini talayan Fransanın  Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar ölkədə sülhməramlı missiya adı altında terror fəaliyyətləri ulə məşğul olur, yerli əhalini istismar edirlər. Ehtimal edilir ki, toyu fransız təyyarəçiləri bombalayıb.

Şəhərin meri Adam Qriaba isə bombardman qurbanlarının sayının yüz nəfər olduğunu bildirib.

Şərhlər

Xalq 2021-01-05 20:01:23

fransanın Malidə törətdiyi bu qətliamla əlaqədar parlamentdə dinləmələr keçirilsin və Türkiyə ilə birgə hərəkət planları qurulsun. Lazım gəlsə necə erməni soyqırımı tanınıb eləcə də fransanın törətdiyi soyqırım da tanınsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol